5 dekabr 2013 14:14
Tuyqun Nadirov: Dənizli Azərbaycan futbolu üçün böyük hadisədir
“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov Mustafa Dənizlinin komandaya baş məşqçi təyin olunması haqda fikirlərini bildirib:
“Xəzər Lənkəran” Azərbaycan futbolu tarixidə ən gurultulu müqavilələrdən birinə imza atıb. İndi Mustafa Dənizli bizim uğurlarımız üçün çalışacaq. O, Türkiyənin ən yaxşı klubları ilə işləyib, qələbələr qazanıb. Azərbaycan futbolunda belə bir adam - böyük hadisədir”.
