5 dekabr 2013 13:50

Xəzər Lənkəranın ölkə kubokunda yubileylər silsiləsi

Azərbaycan kubokunda özünün 10-cu - yubiley mövsümünə 1/8 final mərhələsindən başlayan “Xəzər Lənkəran” “Neftçala”nı 4 cavabsız qolla keçdi. Bu qələbə bir sıra maraqlı məqamlarla əlamətdar oldu. Görüş debüt, yubileylər və ilklə tarixə düşdü.
 
3-cü türkiyəli
“Ağ-yaşıllar” yeni təyin olunan baş məşqçi Mustafa Dənızlinin rəhbərliyi altında ilk rəsmi matça çıxdı. Çalışdırıcı komandanı meydana çıxaran 11-ci mütəxəssis kimi tarixə düşdü. Daha 4 çalışdırıcının baş məşqçi kimi bu funksiyanı yerinə yetirdiyini nəzərə alsaq, ümumilikdə Dənizli 15-ci oldu. Tanınmış mütəxəssis Rasim Kara və Cüneyt Biçərdən sonra “Xəzər Lənkəran”ın 3-cü türkiyəli baş məşqçisidir. Onların daha bir həmyerlisi Şenol Fidan isə məşqçi kimi 3 oyunda komandaya rəhbərlik edib.
 
51-ci darmadağın
“Xəzər Lənkəran” yarandığı 9 ildən artıq müddət ərzində 51-ci dəfə rəqibini 3 və ya daha çox top fərqilə məğlub etdi. Komanda ölkə kubokunda 12-ci böyükhesablı qələbəsini rəsmiləşdirdi. Bu həm də “ağ-yaşılların Azərbaycan kubokunda evdə keçirdiyi 28-ci matçda əldə etdiyi 20-ci – yubiley qələbəsi oldu.
 
70-ci dubl
Kubok matçı 2 dublla əlamətdar oldu. Komandanın heyətində artıq bir matçda belə uğur əldə edən Mbilla Etame özünün 2-ci dublunu rəsmiləşdirdi. Ondan 2 dəqiqə sonra dubl müəllifi olan Sadio Tounkara isə ilk dəfə buna nail oldu. Bununla da o, klub tarixinə dubla imza atan 38-ci futbolçu kimi düşdü. Sadionun dublu həm də “Xəzər Lənkəran”lı futbolçuların ümumilikdə 70-ci dubludur.
 
(Klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.