5 dekabr 2013 13:13
Qadın futbolu ilə bağlı yeni layihə (FOTO)
Ölkəmizdə qadın futbolunun inkişafı, qızlar arasında bu idman növünün təbliğatının gücləndirilməsi və kütləviliyin artırılması məqsədilə AFFA UNICEF Azerbaijan-la birgə yeni layihəyə start verir. Azerisport.az xəbər verir ki, dekabrın 21-də, saat 9:30-da, Bayıl stadionunda qızlar arasında 3 yaş qrupu üzrə "3x3 Qızlar turniri" keçiriləcək.
Turnirin qaydalarına görə, hər komandanın iştirak ərizəsində 5 nəfərin adı qeyd olunmalıdır. Oyun zamanı hər komandanın heyətində meydana 3 nəfər çıxır. Onlardan biri indiyədək hər hansı komandanın heyətində çıxış etməyən, adı AFFA-nın Qeydiyyat bazasında olmayan oyunçu olmalıdır.
Turnirdə iştirak etmək istəyənlər QEYDİYYAT BLANKINI doldurub dekabrın 16-dək [email protected] elektron ünvanına göndərməlidirlər.
Aşağıdakı şəkildə daha ətraflı məlumatla tanış ola bilərsiniz:
AFFA


