4 dekabr 2013 12:05
AFFA İcraiyyə Komitəsi dekabrın ortalarında toplanacaq
Azərbaycan yığmasının baş məşqçisi sualına aydınlıq gətirmək üçün, bu ay qərar verməli olan AFFA İcraiyyə Komitəsinin toplantısının keçirilmə vaxtı dəqiq məlum deyil. Azerisport.az etibarlı mənbəyə istinadən xəbər verir ki, İcraiyyə Komitəsinin 11 üzvünün hamısı 10-15 dekabr aralığında toplanmalıdır.
Berti Foqtsun taleyinə gəlincə, onun vəzifəsində qalmaq ehtimalı 90%-ə bərabərdir.
