4 dekabr 2013 20:05
"İnanıram ki, kuboku Neftçi qazanacaq"
Azərbaycan kubokunun 1/8 final mərhələsində “Kəpəz”lə qarşılaşan “Neftçi” rəqibini minimal hesabla məğlub edərək 1/4 finala vəsiqə qazandı – 1:0. Azerisport.az xəbər verir ki, oyundan sonra komandaların baş məşqçiləri qarşılaşma barədə fikirlərini açıqlayıblar:
Nazim Süleymanov, “Neftçi"nin baş məşqçisi: “Maraqlı oyun oldu. Oyundan əvvəl cütün favoriti sayılırdıq, rəqibin Divizion təmsilçisi olması da komandada arxayınlıq yaratmışdı. “Kəpəz” 1-ci dəstədə olmasına baxmayaraq, böyük tarixə malikdir. Kubok bir oyundan ibarətdir, bu cür oyunlara ciddi yanaşmaq lazımdır”.
Azər Məmmədov, “Kəpəz”in məşqçisi: “Xoş sözlərə görə təşəkkür edirəm. Reallıq odu ki, mənim üçün belə, bugünkü oyunda favorit “Neftçi” idi. Komandalarımız bir-birinə əzəli rəqib olub, sağlam rəqabət aparmışıq. Əvvəlki illərdə komandalarımız arasındakı oyunlar derbi kimi sayılırdı. İndi vəziyyət ö cür olmasa da, komandaya var gücü ilə oynamağı, futbolçulara öz bacarıqlarını göstərməyi tapşırmışdım. Oyuna görə komandaya minnətdaram. Rəqibi qələbə ilə təbrik edirəm. İnanıram ki, kuboku “Neftçi” qazanacaq”.
