4 dekabr 2013 19:45

"Bu gün çox şey ilk qoldan asılı idi"

Azərbaycan kubokunun 1/8 finalında “Qaradağ Lökbatan”la qarşılaşan “Rəvan” rəqibini 5-2 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəldi. Azerisport.az xəbər verir ki, qarşılaşmadan sonra baş məşqçilər matçla bağlı fikirlərini açıqlayıblar:
 
Adil Mahmudov, “Qaradağ Lökbatan”ın baş məşqçisi: “Öncə “Rəvan” rəhbərliyinə görüşü “Bayıl Arena”da yüksək səviyyədə təşkil etdiklərinə, komandamız üçün hər cür şərait yaratdıqlarına görə təşəkkür edirəm. Oyun gərgin mübarizə şəraitində keçdi. Rəqib daha istəkli və əzmkar olduğundan qalib gəldi. 2 ildir 1/8 finalda dayanırıq. Keçən il “ Qəbələ”yə, bu il isə “Rəvan”a yenildik. “Rəvan”a növbəti oyunlarda uğurlar arzulayıram. O gün olsun ki, kubokun finalında iştirak etsinlər və Avroliqada Azərbaycanı təmsil etsinlər. Hakimlik barədə danışmaq istəmirəm. Hesab 1-2 olarkən Novruz Ələkbərov təkbətək epizoddan faydalana bilmədi. Bu, oyunun qırılma nöqtəsi oldu. Üzərimizdə olan psixoloji təsirdən zaman-zaman emosiyalarıma hakim ola bilmirdim”.
 
Şahin Diniyev, “Rəvan”ın baş məşqçisi: “Oyun maraqlı və gərgin alındı. Rəqibin oturuşmuş heyətə malik və aqressiv futbolçulardan qurulmuş yaxşı komandası var. “Qaradağ Lökbatan” uduzmağı sevməyən, meydanın hər qarışı uğrunda mübarizə aparan komandadır. 10 nəfərlə qaldıqdan sonra da bizə müqavimət göstərdilər. Artıq bir neçə ildi ki, bir yerdə çıxış edən oyunçuları var. Bu mənada çətin olacağını bilirdik. Rəqib məğlubiyyəti həzm edə bilmir. Bütün bunlar üzərində çalışmışdıq. Bu gün çox şey ilk qoldan asılı idi. İki dəfə hesabda önə keçməklə psixoloji üstünlüyə də yiyələndik. Bolqollu matç oldu, qapılara 7 qol vuruldu. Futbolun bəzəyi də qoldu. Qarşıda AZAL ilə çətin oyunumuz olduğundan heyətdə bir sıra dəyişikliklər etmişdik. Əsas heyətin bəzi oyunçularına istirahət vermişdim. 3 nəfərin adını ümumiyyətlə, iştirak ərizəsinə salmamışdım. Miloş Adamoviç, Xuan Manuel Varea, Ramazan Abbasov kimi təcrübəli oyunçuları isə ehtiyatda saxlamaqla vəziyyətdən asılı olaraq onları oyuna buraxmağı düşünürdüm. Şükür ki, buna heç ehtiyac olmadı və matç istədiyimiz kimi getdi. 4-cü qol tez gəldiyindən cavanların oynamasına şərait yaratdım. Qələbə qazandığımız üçün şadam”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.