4 dekabr 2013 19:26
"Daha çox qol vura bilərdik"
Azərbaycan kubokunun 1/8 finalında “Şuşa” ilə qarşılaşan “İnter” rəqibini böyük hesabla məğlub edib. Azerisport.az xəbər verir ki, 7:0 hesablı qələbə ilə növbəti mərhələyə adlayan paytaxt təmsilçisi 1/4 finalda “Neftçi” ilə qarşılaşacaq.
Qarşılaşmadan sonra komandaların çalışdırıcıları matçla bağlı fikirlərini açıqlayıblar:
Roman Cəfərov, “İnter”in məşqçisi: “Səviyyə baxımdan rəqibdən üstün idik. Hesabdan və oyundan razı qaldıq. Daha çox qol vura bilərdik. Növbəti mərhələyə keçdiyimiz üçün şadam”.
Nadir Qasımov, “Şuşa”nın baş məşqçisi: “Komanda çox zəif oynadı. Həftədə iki oyun oynamaq bizim üçün çətindi. Xüsusən də, “İnter” kimi komandaya qarşı. Əsas müdafiəçilərin zədəli olması, çempionatda ardıcıl üç ağır oyun keçirməyimiz özünü göstərdi. Hesab da göstərdi ki, komanda lazımi səviyyədə deyil”.
