4 dekabr 2013 19:09
"Oyunun penaltilər seriyasına gedəcəyini düşünürək ciddi hazırlaşmışdıq"
Azərbaycan kubokunun 1/8 final mərhələsində doğma meydanda Zaqatalanın “Simurq” klubu ilə qarşılaşan “Araz Naxçıvan” rəqibini oyunsonrası penaltilərlə məğlub edərək 1/4 finala yüksəldi. Azerisport.az xəbər verir ki, qarşılaşmadan sonra komandaların çalışdırıcıları matçla bağlı fikirlərini açıqlayıblar:
İqor Getman, “Simurq”un məşqçisi: “Çətin oyun olacağını gözləyirdik. Oyun haqqında danışmaq istəmirəm. Rəqibi təbrik edirəm, gələcəkdə uğurlar arzulayıram”.
İqor Getman, “Simurq”un məşqçisi: “Çətin oyun olacağını gözləyirdik. Oyun haqqında danışmaq istəmirəm. Rəqibi təbrik edirəm, gələcəkdə uğurlar arzulayıram”.
Əsgər Abdullayev, “Araz Naxçıvan”ın baş məşqçisi: “Rəqib Premyer Liqada “Qarabağ”dan sonra ən az top buraxan komandadı. Oyunun penaltilər seriyasına gedəcəyini düşünürək ciddi hazırlaşmışdıq. Çətin oyun oldu. “Simurq”a qarşıdakı oyunlarında uğurlar arzulayıram”.
