4 dekabr 2013 17:44

Şahin Diniyev: İlk qələbəyə şadam, ancaq iki qol buraxmağımız yaxşı olmadı

“Rəvan”ın baş məşqçisi Şahin Diniyev azerisport.az saytına müsahibəsində özünün ilk qələbəsi, dörddəbir finala vəsiqə və  AZAL-a qarşı qarşıdakı oyundn danışıb.
 
- “Qaradağ Lökbatan” üzərində qələbə haqda nə deyə bilərsiniz?
- Nəticəyə baxmayaraq, oyun gərgin alındı. Anlaşıqlı heyəti olan təcrübəli komandaya qarşı oynayırdıq. Birinci divizion komandası olmasına rəğmən, bizə layiqli müqavimət göstərə bildilər.
 
- Buna rəğmən, siz oyuna yarıməvəzedici heyət buraxmışdınız.
- Qarşıda AZAL-a qarşı çətin oyun var. Bizə gücümüzü qorumaq lazımdır. Əsas heyətin altı futbolçusu bu oyunu buraxdı. Meydana çıxmış futbolçuların tapşırığı yerinə yetirə bilməsi fərəhlidir.
 
- Birinci divizion komandasından iki qol buraxmaq sizi narahat etmir?
- Nəzərə almaq lazımdır ki, meydana çıxmış heyət mütəmadi birgə oynayan heyət deyildi. İki qol buraxmağımız pis olsa da, beş qol vurmağımız, yaxşıdır. Ancaq bizədörddəbir finala yüksəlmək vacib idi.
 
- Dörddəbir finalda sizi “Bakı” gözləyir.
- Marta qədər vaxt çoxdur. Yaşayarıq, görərik.
 
- “Rəvan” üçün asan rəqib olmadığına ümumilikdə razısınız?
- Bu mərhələdə asan rəqib gözləmirdik. İndi ümumiyyətlə bu haqda düşünmürəm. İndi məni AZAL-la qarşıdakı oyun hər şeydən çox narahat edir. Bizi çətin oyun gözləyir. Deməzdim ki, taleyüklü oyundur, ancaq qələbə üçün əlimizdən gələni edəcəyik.
 
- Yeri gəlmişkən, “Qaradağ Lökbatan” üzərində qələbə, sizin üçün “Rəvan”ın sükanı arxasında ilk qələbədir.
- Buna çox şadam. Ancaq, premyer-liqada da qələbə qazanmaq istərdik. Ümid edirəm ki, artıq növbəti turda.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.