4 dekabr 2013 16:44
Ramin Musayev: PFL Topaz Premyer Liqasının oyunlarının yayım hüququ ilə bağlı müqavilə imzalamayıb
PFL rəhbəri Ramin Musayev azerisport.az saytına müsahibəsində, hər hansı xarici şirkətin futbol üzrə Topaz Premyer Liqasının oyunlarının yayım hüququnu alması ilə bağlı şayiələri təkzib edib.
“Biz bir şirkətlə danışıqlar aparırıq və gözləyirik. Növbəti mövsüm üçün onlarla bu yöndə müqavilə imzalamaq niyyətindəyik. Ancaq bu şirkət “Sportradar” deyil. Bu haqda ilk dəfə sizdən eşidirəm. Bu şirkətin Topaz Premyer Liqasının oyunlarının yayım hüququnu alması haqda məlumat düzgün deyil. Hazırda PFL heç kimlə müqavilə imzalamayıb”.
