4 dekabr 2013 18:57
1/4 finalda kimlər üz-üzə gələcək? (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan Kuboku uğrunda yarışların 1/8 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, 8 qarşılaşmanın yekununda 1/4 finala vəsiqənin bütün sahibləri müəyyənləşib.
Artıq növbəti mərhələdə hansı klubların üz-üzə gələcəyi bəllidi. Çünki kubokun püşkü atılarkən bütün mərhələlərdə iştirakçıların potensial rəqibləri də müəyyənləşdirilmişdi. Beləliklə, kubokun 1/8 final mərhələsində qalib olan komandaların növbəti mərhələdəki rəqibləri aşağıdakı kimidi:
Azərbaycan Kuboku
1/4 final
İnter - Neftçi
Rəvan - Bakı
Qəbələ - Qarabağ
Araz Naxçıvan - Xəzər Lənkəran
Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları ev-səfər prinsipi ilə keçiriləcək. Həmin qarşılaşmalar 2014-cü ilin 12-13 və 19 mart tarixlərində baş tutacaq.
