4 dekabr 2013 18:53
Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vuruldu (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan Kuboku uğrunda yarışların 1/8 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, 8 qarşılaşmanın hamısı bir gündə baş tutub.
Turun və günün ilk qarşılaşması Bayılda keçirilib. "Rəvan" doğma divarlar arasında "Qaradağ Lökbatan"la münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma paytaxt klubunun inamlı qələbəsiylə başa çatıb. Nəticədə, "Rəvan" ilk 1/4 finalçı olub. Qəbələnin eyni adlı komandası "Mil-Muğan"la qarşılaşıb. Yuri Syominin komandası əzmkar qələbə qazanaraq adını növbəti mərhələyə yazdırıb. Son çempion "Neftçi" "Kəpəz"i qəbul edib. Paytaxtda keçirilən növbəti qarşılaşmada iki Premyer Liqa təmsilçisi - "Bakı" və "Sumqayıt" üz-üzə gəlib. Paytaxt klubu qələbə qazanaraq, 1/4 finala vəsiqəni təmin edib.
Növbəti oyun Naxçıvanda baş tutub. 1-ci Divizionun çempionluğa iddialı komandalarından olan "Araz Naxçıvan" Zaqatala təmsilçisi "Simurq"la görüşüb. Əsas və əlavə vaxtı heç-heçə bitən qarşılaşmanın qalibini penaltilər müəyyənləşdirib. Daha dəqiq oynayan Naxçıvan klubu növbəti mərhələyə vəsiqə əldə edib. "Şəfa" stadionunda "İnter" "Şuşa" ilə münasibətlərinə aydınlıq gətirib. Bankirlər növbəti mərhələyə 7 cavabsız qolla yüksəlib. Günün mərkəzi oyunu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. "Qarabağ" mərkəzi arenada digər elita təmsilçisi AZAL-la üz-üzə gəlib və minimal hesablı qələbə ilə mərhələ keçib.. Bölgədə keçirilən digər oyunda "Xəzər Lənkəran" doğma azarkeşlər önündə "Neftçala"nı qəbul edib. Mustafa Dənizlinin debüt matçında cənublular 4 cavabsız qolla gülüblər.
Azərbaycan Kuboku
1/8 final
4 dekabr (çərşənbə)
Qaradağ Lökbatan – Rəvan - 2:5 (1:3)
Qollar: İvan Pexa, 21 (0:1), Rüfət Məmmədov, 24 (1:1), Vüsal Qarayev, 29 (1:2), Elnur Abdulov, 42-pen. (1:3), Anar Həsənov, 59-pen (2:3), Rəşad Abdullayev, 64 (2:4), Vüsal Qarayev, 90+3 (2:5).
Qırmızı vərəqə: E.Cəfərov, 42 (Qaradağ Lökbatan).
Bakı. “Bayıl Arena”.
Bakı – Sumqayıt - 2:1 (0:0)
Qollar: Aleksandr Şoliç, 59-pen (1:0), Slavik Alxasov, 86 (1:1), R.Ristoviç, 90+3 (2:1).
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
Mil-Muğan – Qəbələ - 1:2 (1:2)
Qollar: Elnur Məmmədov, 3 (1:0), Leonardo da Silva, 18 (1:1), Abdulvahid Afolabi, 20 (1:2).
Qırmızı vərəqə: Çərkəz Həsənov, 17 (Mil-Muğan).
Qəbələ. Şəhər stadionu.
Neftçi – Kəpəz - 1:0 (0:0)
Qol: Ernest Nfor, 57 (1:0)
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Araz Naxçıvan – Simurq - 2:2 (penaltilərlə 4:2)
Qollar: Rəşad Eyyubov, 17-pen (0:1), David Canalidze, 45-pen (1:1), Rəşad Eyyubov, 80 (1:2), Bəxtiyar Soltanov, 88 (2:2).
Naxçıvan Muxtar Respublika stadionu.
Qarabağ – AZAL - 1:0 (0:0)
Qol: Reynaldo Silva, 80 (1:0).
Qırmızı vərəqə: Aleksandr Şemonayev, 70 (AZAL).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İnter – Şuşa - 7:0 (4:0)
Qollar: Aleksandr İaşvili, 27 (1:0), Aleksandr İaşvili, 32 (2:0), Ruslan Əmircanov, 37 (3:0), Asif Məmmədov, 45 (4:0), Asif Məmmədov, 56 (5:0), Aleksandr İaşvili, 62 (6:0), Abdulla Abatsiyev, 90+2 (7:0).
Bakı. “Şəfa” stadionu.
Xəzər Lənkəran – Neftçala - 4:0 (4:0)
Qollar: Sadio Tounkara, 8 (1:0), Etame Mbilla, 22 (2:0), Etame Mbilla, 43 (3:0), Sadio Tounkara, 45 (4:0).
Lənkəran. Mərkəzi stadion.
