4 dekabr 2013 13:55

Topaz Premyer Liqası: 15-ci turun rəmzi komandası

Topaz Premyer Liqasında 15-ci turun rəmzi komandası məlumdur. InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən ötən turun ən yaxşı 11-liyi aşağıdakı kimidir:
 
Qapıçı: Giorgi Lomaya (İnter);
Müdafiəçilər - Yure Travner (Bakı), İdan Vaytsman (Simurq), Manuel Skarlatake (Xəzər Lənkəran), Maksim Medvedev (Qarabağ);
 
Yarımmüdafiəçilər: Bruno Bertuççi (Neftçi), Mzee Patrik Osiako (Simurq), Nizami Hacıyev (Qəbələ), Marinaldo Silva (Qarabağ);
 
Hücumçular: Draqan Çeran (Simurq), Yannik Kamanan (Qəbələ).
 
Ötən tur “Xəzər Lənkəran” topa sahib olmada, dəqiq ötürmələrdə, topa yiyələnməkdə və rəqibi aldadıcı hərəkətlə keçməkdə bütün komandalardan üstün olub. 15-ci turda rəqib qapısına ən çox zərbə endirən və hücumlar təşkil edən “Neftçi”dir. Paytaxt təmsilçinin futbolçuları təkbətək mübarizələrdə də uğurlu olsalar da, digər komandalarla müqayisədə ən çox top itkisinə yol veriblər.
 
Rəqib qapısına ən çox zərbə endirən Rauf Əliyev (Bakı), komanda yoldaşlarına ən çox dəqiq ötürmə verən isə Alvaro Silvadır (Xəzər Lənkəran). Hava mübarizələrində Yannik Kamanan (Qəbələ) hamıdan yaxşı olub. “Sumqayıt”lı Mirzağa Hüseynpur isə oyun ərzində ən çox top itikisinə yol verən futbolçudur.
 
Turun ən yaxşı futbolçusu “Neftçi”nin braziliyalı oyunçusu Bruno Bertuççidir.
 
(PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.