4 dekabr 2013 13:50

Qarabağın Reynaldonu satmayacağına 5 səbəb

Türk və rus klublarının maraq dairəsində olmasına rəğmən, “Qarabağ” Reynaldonu satmaqdan imtina edir. Azerisport.az “Qarabağ”ın Reynaldonu satmayacağına dair 5 səbəbi diqqətinə çatdırır.
 
“Qarabağ” çempionluq uğrunda mübarizə aparır. Ötən mövsümlərdən fərqli “Qarabağ” çempionluq uğrunda aşkar mübarizə aparır. Əvvəllər ağdamlılar minimum nəticə ilə kifayətlənib avrokuboklara düşmək uğrunda mübarizə aparırdılarsa, hazırda futbol tacını qazanmağa can atırlar. Reynaldo komandanın liderlərindən birinə çevrilib. Bu yöndə “atçılar”a yaxşı heyət və az itki gərəkdir. Əks halda çempionluq uğrunda cəhd uğursuzluqlar nəticələnə bilər.
 
Avrokuboklar. Çempionluqla yanaşı “Qarabağ” avrokubokların qrup mərhələsinə düşmək arzusundadır. Düzdür, məhz Avroliqa ya Çempionlar Liqası olması şərt deyil. Bu mərhələdə özünü yaxşı tərəfdən göstərmək üçün isə güclü və ən əsası təcrübəli oyunçular lazımdır ki, bunlardan biri də Reynaldodur.
 
Transfer qiyməti. Əlbəttə, “Qarabağ” öz ulduz oyunçusuna görə daha çox pul təyin edə bilər. Hazırda onun transfer qiyməti çətin ki, milyon avronu aşsın. Avrokuboklarda uğurlu oyun isə, futbolçunun qiymətini qaldıra bilər. Özü də Reynaldo Avropada az-çox tanınır, vaxtı ilə “Anderlext”də çıxış edib.
 
Reynaldoya əvəz yoxdur. Hazırda “Qarabağ”da Reynaldonu layiqincə əvəzləyəcək kimə yoxdur. əvəzləyiciyə yeni funksiyalara öyrəşmək üçün vaxt gərəkdir ki, bu da çempionluq mübarizəsində gərəkli qiymətli xalların itkisi ilə müşayiət oluna bilər.
 
Futbolçu Azərbaycanı tərk etmək istəmir. “Qarabağ”da Reynaldo özünü rahat hiss edir. O, komandaya öyrəşib və komanda da ona alışıb. Braziliyalı bu haqda dəfələrlə bildirib və çətin ki onun planlarına Rusiya və ya Türkiyəyə köç daxildir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.