4 dekabr 2013 00:45
Simurq Naxçıvanda məşqə çıxdı
Bu gün ölkə kubokunun 1/8 final mərhələsində “Araz Naxçıvan”ın qonağı olacaq “Simurq” ötən gün Naxçıvanda məşqə çıxıb. Azerisport.az xəbər verir ki, günorta saatlarında Muxtar Respublikaya təşrif buyuran Zaqatala təmsilçisi qarşılaşmanın oynanılacağı stadionda sonuncu hazırlıq işlərini görüb.
Bir saata yaxın davam edən məşqdə qapıçılar Pavel Kapsa və Amil Ağacanov qapıçılarla işləyən məqçi Emil Babayevin rəhbərliyi altında komandadan ayrı hazırlıq keçib. Digərləri isə isinmə hərəkətlərindən sonra iki qrupa bölünərək “kvadrat” oynayıb. Bundan sonra ikitərəfli futbol oynanılıb. Sonda isə qapıya zərbələr və cinahlardan asmaların qapanması yerinə yetirilib.
Qeyd edək ki, “Araz Naxçıvan” - “Simurq” oyunu saat 14:00-da start götürəcək. Qarşılaşmanı Orxan Məmmədov idarə edəcək. (klub saytı)
