3 dekabr 2013 12:33
Sxadadze Nəzirini İnterdə görmür
“İnter”lə müqavilə bağlamış Azərbaycan yığmasının sabiq müdafiəçisi Elhad Nəziri birinci komandada debüt imkanı qazanmayıb. Azerisport.az xəbər verir ki, Nəziri məşqçi qərargahının etimadını doğrulda bilmir.
Milli komandanın noyabr oyunları vaxtı “bankirlər” “Sumqayıt”a qarşı yoxlama oyunu keçirdilər. Elhada özünü göstərmək üçün şans verildi. Ancaq o, bir neçə kobud səhv buraxaraq əvəzləndi. Həmçinin, baş məşqçi Kaxaber Sxadadzedən irad aldı. Nəziri hələ ki əvəzedici komandada çıxış edir.
