3 dekabr 2013 12:21
Kayrat Orazbekov: Kayrata Araz ya Barselonaya qarşı asan olacağı hələ məlum deyil
“Kayrat” futzal klubunun prezidenti Kayrat Orazbekov öz müsahibəsində futzal üzrə UEFA kubokunun Dördlər finalında komandasının perspektivlərindən danışıb.
- Almatı klub qənimətin hazırkı sahibidir. Necə olsa da Dördlər finalının favoritidir. Bu, psixoloji yöndə mane olu ya əksinə?
- Titulu müdafiə, qazanmaqdan çətindir. Hər oyunda nəticə, bizə çətin əziyyət bahasına başa gəlir. Çünki, qazanılmış titullardan sonra, hər bir komanda bizə qarşı xüsusilə köklənir. “Barselona” Və “Dinamo” ötən mövsümə görə revanş arzusunda bizi Dördlər finalında gözləyirdilər. Onların bizə qarşı tam başqa yanaşmasına da şübhə etməmək olar. Digər tərəfdən, başa düşürük ki, “Kayrat” yüksək peşəkarlığı olan komandadır. Xırdalıqlar yoxdur və hər şey incəliyinə qədər işlənib. Biz Avropanın nəhəng klubları ilə başa-baş gəlmək istəyirik. Bu, bizə müyəssər olsa, onda qazandığımız zirvədə uzun müddət qala bilərik.
- “Kayrat”dan başqa “Dinamo”, “Barselona” və “Araz” da Dördlər finalındadır. Ardıcıl ikinci il dörd iştirakçı arasında post-sovet məkanının təmsilçiləri olmasını nə ilə izah edərdiniz?
- Bacarıqlı məşqçilər, əla rəhbərlik, azarkeşlər, klub prezidentləri. Düşünürəm ki, bu, cavabdır. Buna rəğmən, İtaliya və Portuqaliyadan olan komandalar da güc təcəssümüdür və Dördlər finalında oynamağa layiqdir.
- Sizcə, UEFA nə zaman futzal kubokunun yarış iştirakçıları sırasını genişləndirməyə addım atacaq?
- Düşünürəm ki, bu, futzalın olimpiya ailəsinə qoşulacağı vaxtdan tez olmayacaq. Hazırda əlimizdə olan mənbələrə istinadən, bu, yaxın dörd ildə baş verə bilər.
- Dördlər finalının hansı iştirakçısını yarımfinalda klubunuza rəqib görmək istərdiniz?
- İstənilən rəqibə qarşı hazırlaşacağıq. Titul qalibi rəqib seçməz, bu, sadəcə layiqli deyil. İkincisi, “Araz” çox güclü komandadır. “Kayrat”a “Araz” ya “Barselonaya” qarşı asan olacağı hələ məlum deyil.
- Dördlər finalının Almatıda keçirilməsi ehtimalı var?
- Ehtimal var. Biz əlbəttə, ərizə vermişik. Ancaq şanslarımız çox deyil. Məsələ bundadır ki, “Araz” heç zaman Dördlər finalını qəbul etməyib. İspaniyada da çoxdandı yarış keçirilməyib.
- “Kayrat”ın heyəti Dördlər finalı ərəfəsində dəyişəcək? Leo Santananın komandanı tərk etməsi haqda məlumat var.
- Bəli. Santana üçün sərfəli təklif gəlib. Bu, həm də klubumuza sərfəlidir. “Sibiryak”la müqavilə imzaladıq. Düzü, Qustavodan sonra bu, mənim üçün ən ağrılı keçiddir. O, parlaq oyunçu, azarkeşlərimizin sevimlisi idi. Əgər oyunçu özünü başqa çempionatda sınamaq istəyirsə, onu saxlamaq olmaz. Bir il əvvəl Santana getmək istəyəndə, mən tez olduğunu dedim. Onu hazır olanda buraxacağımı demişdim və bunun vaxtı gəldi. İndi o, UEFA kubokunun qalibi adı ilə top kluba gedir. Onunla vidalaşmaq acıdır. Qalan hamı komandada qalır. Bir neçə oyunçu ilə danışıq aparırıq. Kolumbiyalılar sadəcə mükəmməldir. Latın Amerikası bazarında işləyirik. Burada qiymət və keyfiyyət mütənasibliyi var. Düşünürəm ki, dekabr-yanvar aralığında cavab gözləmək olar.
(Prosport)
