3 dekabr 2013 11:44
Qarabağ Miro Varvodiçlə yollarını ayırdı
“Qarabağ” Miro Varvodiçlə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, qarşılıqlı razılaşma əsasında 24 yaşlı qapıçı ilə müqaviləyə xitam verilib.
“Qarabağ”da Bir il yarım möhtəşəm mövsüm keçirmişəm. İlk dəfə “Köln”dən “Qarabağ”a gələndə klub və ölkə haqqında elə də məlumatım yox idi. Amma geridə qalmış zaman müddətində atdığım addımın doğruluğunu gördüm. Amma eyni zamanda karyeramı düşünməliyəm. Həm Fərhad, həm də Seriç yetərincə yaxşı qapıçı və yaxşı insandırlar. Mən də oynamaq istəyirəm. Bu səbəbdən klub rəhbərliyi ilə görüşdüm və daimi oynamaq niyyətimə görə ayrılmaq istədiyimi bildirdim. Sağ olsunlar, məni anlayışla qəbul etdilər. “Qarabağ” karyeramı özüm üçün itirilmiş hesab etmirəm. Ötən mövsüm çempionluğu son anda əldən verdik. Avrokuboklarda əla çıxış etdik. “Qarabağ”da hər kəsə təşəkkür edirəm. Daim bizi dəstəkləyən azarkeşlərimizə “çox sağ olun” deyirəm. Onları heç vaxt unutmayacağam”, deyə qapıçı fikirlərini ifadə edib.
Xatırladaq ki, Miro Varvodiç 2012-ci ilin yanında “Köln” klubundan transfer edilmişdi.
