3 dekabr 2013 11:11
Vaqif Sadıqov: Qarabağa qarşı oyunlarda uğur sirrim yoxdur
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov azerisport.az saytına müsahibəsində futbol üzrə Topaz Premyer Liqasının 15-ci turunda “Xəzər Lənkəran”a qarşı keçirilmiş oyundan (1:1) danışmaqla yanaşı, ölkə kubokunun 1/8 finalı çərçivəsində “Qarabağ”a qarşı keçiriləcək oyuna da toxunub.
- AZAL Lənkərana itkilərlə yollandı və bir xalla qayıtdı. Nəticə sizi razı salır?
- Nəticə ancaq müşayiət olunan zədələri nəzərə alsaq, qane edir. Demək olar ki, bütün ikinci hissəni azlıqda oynadıq. Ancaq xarakter və iradə nümayiş etdirib bir xalı qazana bildik. Yarış cədvəlindəki mövqeyinə baxmayaraq, hazırda “Xəzər Lənkəran” ən güclü komandalardan biridir. Həm də onları yeni baş məşqçisi izləyirdi və komanda özünü ifadə etməyə çalışırdı. Ümumilikdə, oyun maraqlı keçdi.
- Sözarası, Branislav Arsenyeviç iki sarı vərəqəyə görə klub tərəfindən cəzalanacaq?
- Əlbəttə, bunsuz olmaz. Ancaq bu sırf komandanın işləridir. Ancaq deyə bilərəm ki, o, təbiətcə meydandan qovulan, xüsusilə bunu iki sarı vərəqədən sonra yaşayan adam deyil.
- İndi siz “Qarabağ”la kubok oyununa hazırlaşırsınız. Və aydındır ki, heyətdə yeni itkilər var?
- Ailton və oyun zamanı zədələnmiş Boqdanoviç. “Qarabağ”la oyuna hazırlaşırıq. Ancaq həftəsonu çempionat oyunları çərçivəsində “Rəvan”a qarşı oyun haqda da unutmuruq.
- Deməli, AZAL əsas diqqəti Kuboka yönəldəcək?
- Bəli. Özü də ağdamlılarla kubok oyunu cəmi bir görüşdən ibarətdir. Ümumiyyətlə, rəqib və heyətdən asılı olmayaraq, biz həmişə qələbəyə oynayırıq.
- “Qarabağ”ın bu mövsüm AZAL-ı məğlub edə bilmədiyini qeyd etməmək olmaz. Bu azmış kimi, cəmi bir xal götürüblər. Demək olarmı ki, sizdə ağdamlılara qarşı uğurlu oynamağın sirri var?
- Sirr nə olduğunu deyə bilmərəm. Sadəcə, komandamın potensialını tam istifadə edirəm. Bax, ancaq nəticədə nə olacağını biz dekabrın 4-ü biləcəyik.
- Bu yaxınlarda çempionatın ikinci dövrəsi başa çatacaq və ardınca qış transfer pəncərəsi açılacaq. Heyətin gücləndirilməsi yönündə hədəflər var?
- Hədəflər var, onlar qeyd olunub. Əsas məqsəd bunu həyata keçirməkdir. Ancaq təəssüf ki, biz həmişə öz istədiyimiz oyunçuları ala bilmirik. Ümid edirik ki, qış fasiləsində transferlərlə bağlı bəxtimiz gətirəcək.
- Aydındır ki, əsas diqqət hücumçu əldə etməyə yönələcək?
- Əlbəttə, hücumçu - ən vacib oyunçudur. Ancaq mən bunu azca dəqiqləşdirərdim:hücum xəttinə oyunçu əldə etmək. Həmçinin, müdafiədə bəzi problemlər var. Əgər hər xəttə bir yüksək səviyyəli futbolçu alsaq, bu, hər şeydən yaxşı olar. Əgər onların arasında yerlilər olsa, bu lap əla olar.
