3 dekabr 2013 19:34
Rəvan kubok hazırlığını bitirdi
Sabah Azərbaycan kubokunun 1/8 final mərhələsində "Rəvan” "Qaradağ Lökbatan”la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, qalibin 1 matçla müəyyənləşəcəyi dueldən öncə "aslanlar" görüşün keçiriləcəyi "Bayıl Arena”da son məşqini keçib.
Baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında baş tutan hazırlıq yüngül qaçış və isinmə hərəkətləri ilə başlayıb. Ardından futbolçular 2 qrupa bölunərək "kvadrat” oynayıb. Məşqin sonlarında isə baş məşqçi yetirmələrinə müxtəlif taktiki-texniki gedişlərin incəliklərini izah edib, praktiki nümunələr göstərib. Qapıçılar isə meydanın digər hissəsində ayrıca məşq keçib. Onlara qapıçıların hazırlığı üzrə məşqçimiz Kamil Qafarov rəhbərlik edib. (klub saytı)
