3 dekabr 2013 19:28
Şahin Diniyev: Rotasiya labüddü
Məlum olduğu kimi, sabah Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, "Rəvan” "Qaradağ Lökbatan”la qarşılaşcaq.
Oyundan əvvəl "aslanlar"ın baş məşqçisi Şahin Diniyev klubun rəsmi saytına danışıb:
"Bizi qarşıda gərgin oyun gözləyir. Rəqib 1-ci divizion təmsilçisi olsa da, heyətlərində yetərincə təcrübəli futbolçu var. Həm də divizion təmsilçiləri Premyer Liqa komandalarına qarşı oynayanda daha çox motivasiyalı olur. Bunu hardasa bizim üçün təhlükə saymaq olar. Bununla belə, heyətdə rotasiya ediləcək. Yəni bəzi futbolçulara istirahət verməyi də düşünürəm. Hər halda qarşıda bizi AZAL ilə daha çətin sınaq gözləyir. Həm kubokda, həm də çempionatda uğurlu nəticə göstərmək üçün rotasiyaya labüddü. Bununla həm də bəzi futbolçulara özlərini göstərmələri üçün şans yaratmış oluram. Qış fasiləsinə qədər 4 oyunumuz var. Elə sabahkı matçdan başlayaraq uğurlu çıxışa start vermək lazımdı. Mən komandama inanıram”.
