3 dekabr 2013 19:15
Endi Koul Bakcell Arenada (FOTOREPORTAJ)
“Bakutel 2013” sərgisində iştirak etmək üçün Bakcell şirkətinin xüsusi qonağı qismində Bakıya gələn "Mançester Yunayted" klubunun əfsanəvi futbolçusu Endi Koul bu gün yeniyetmə futbolçularla görüşüb. Azerisport.az xəbər verir ki, o, “Bakcell Arena"da Bakcell və AFFA-nın birgə həyata keçirdiyi "Futbol Bakcell ilə" layihəsinin iştirakçıları ilə görüşüb, ayrı-ayrı və qrup halında məşq edən uşaqlarla birgə futbol oynayıb.
Azərbaycan milli komandasının üzvləri Kamran Ağayev və Mahir Şükürovun da iştirak etdiyi tədbirin sonunda brifinq təşkil olunub. Endi Koul jurnalistlərin suallarını cavablandırıb. (AFFA)
