3 dekabr 2013 18:35
Xəzər Lənkəran Dənizlini təqdim edəcəyi vaxtı və yeri açıqladı
"Xəzər Lənkəran" Futbol Klubunun yeni baş məşqçisi Mustafa Dənizlinin ictimaiyyətə təqdim olunacaq. Azerisport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, bununla əlaqədar keçiriləcək mətbuat konfransı dekabrın 5-də, saat 14:00-da "Fairmont" otelinin 1 №-li iclas zalında baş tutacaq.
