3 dekabr 2013 17:44
Mahir Şükürov: Endi Koulla söhbətləşmək maraqlı idi
Azərbaycan yığmasının və “Neftçi”nin müdafiəçisi Mahir Şükürov azerisport.az saytına müsahibəsində Endi Koulla söhbətindən bə Premyer Liqanın 16-cı turu çərçivəsində keçiriləcək oyundan danışıb.
- Bu gün siz Kamran Ağayevlə yeniyetmə futbolçuların tədbirində iştirak etdiniz. Bu barədə nə düşünürsünüz?
- Oxşar layihələri dəstəkləyirəm. Həmişə iştiraka hazıram. Belə tədbirlər ölkədə futbolun inkişafına rəvac verir. Bir qədər uşaqlarla qaçdım, öz əvvəlki vaxtlarımı yada saldım. Düzü, xoş idi.
- Bəs Endi Koulla görüş sizin üçün nə deməkdir?
- O, oynayanda mən yeniyetmə idim və “Mançester Yunayted”i izləyirdim. Belə əfsanəvi klubun futbolçusunu Bakıda görmək xoşdu. Sözlərlə ifadəsi mümkün deyil.
- Sizin qısa dialoqunuz oldu.
- “Mançester Yunayted”də onun oyununun necə xoş gəldiyini danışdım. Bunu eşitmək, əlbəttə, ona xoş idi. Onunla söhbətləşmək xoş idi.
- Sabah “Neftçi”ni ölkə kubokunun 1/8 finalında “Kəpəz”ə qarşı oyun gözləyir. Bu görüşdən nə gözləyək?
- (Gülümsəyir). Maraqlı mübarizə gözləyin. Mənim komandamın nöqteyi-nəzərindən, bu yarışa öz planlarımız var və “Kəpəz” keçilməlidir. Cəza səbəbi ilə oynaya bilməyəcəyimə təəssüf etsəm də, komanda ilə olacağam. Ümid edirəm ki, qalib gələcəyik.
- Həftənin sonunda “Qarabağ”a qarşı prinsipial oyun var. “Neftçi”nin kadr itkiləri də var...
Ümid edirik ki, Flavinyonun cəza müddətini azaldacaqlar. Onu bağışlasalar, məslə başqa cür olacaq.
- İlk dövrədəki oyun qolsuz heç-heçə ilə bitdi. Bu dəfə nə olacaq?
- “Neftçi” özünə gəlir. Biz liderik və hər hansı problemlərdən danışmağın əhəmiyyəti yoxdur. “Qarabağ” üzərində qələbə bizə özümüzü daha inamlı hiss etmək imkanı verəcək. Qış fasiləsinə lider kimi getmək istərdik.
