3 dekabr 2013 17:20
Şəmkir yeni sponsor tapıb və Premyer Liqaya can atır
“Şəmkir” klubunun Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində, kluba yeni sponsorun tapması haqda informasiya əks olunub. Azerisport.az xəbər verir ki, növbəti ildən klubu Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov himayəsinə götürəcək.
Komanda qarşısında Premyer Liqaya vəsiqə qazanmaq tapşırığı qoyulub. Bu məlumatı “Şəmkir” klubunun rəsmiləri də təsdiqləyib.
