3 dekabr 2013 16:30
Elxan Məmmədov: Haynkes haqda mətbuatdan eşitdim
AFFA baş katibi Elxan Məmmədov, qurumun Azərbaycan yığmasının sükanı arxasına alman mütəxəssis Yupp Haynkesi gətirməsini nəzərdən keçirməsi ilə bağlı şayiələri təkzib edib. Azerisport.az xəbər verir ki, Məmmədov bunları söyləyib:
“Haynkes haqda mətbuatdan eşitdim. Hələlik heç kimin namizədliyini nəzərdən keçirmirik. Yeni məşqçidən nəticələr tələb edəcəyik. Haqqımız var. Axı artıq dördüncü olmuşuq. Deməli, daha çoxuna ümid edə bilərik”.
