3 dekabr 2013 16:16
Elxan Məmmədov: Ümid edirəm ki, digər yığma oyunçuları da layihəyə qoşulacaq
AFFA baş katibi Elxan Məmmədov, Mançester Yunayted”in sabiq hücumçusu Endi Koulun iştirakı ilə keçirilən və yığmamızın üzvləri Mahir Şükürov, Kamran Ağayevin də qatıldığı “Futbol Bakcell ilə” layihəsi haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, baş katib bunları söyləyib:
“Endi Koula və yığmamızın oyunçuları - Mahir Şükürov, Kamran Ağayevə əməkdaşlığa görə təşəkkür edirəm. Ümid edirəm ki, digər yığma oyunçuları da layihəyə qoşulacaq”.
