3 dekabr 2013 16:10
Milinko Pantiç: Bəxt amili önəmlidir
“Bakı” sabah ölkə kubokunun 1/8 final mərhələsində doğma meydanda “Sumqayıt”la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, oyunöncəsi son məşqini keçirən komandanın baş məşqçisi Milinko Pantiç, görüş haqda fikirlərini açıqlayıb:
“Bu qarşılaşmanın önəmi böyükdür. Təbii, biz də ölkə kubokunda mübarizəni davam etdirmək və növbəti mərhələyə yüksəlmək istəyirik. “Sumqayıt”ı yaxşı tanıyıram deyə, matçın çətin keçəcəyini indidən düşünürəm. Rəqib komandada müdafiə xəttinə xüsusi fikir verir. Necə var, elə də davam edəcəyik. Sadəcə, özümüzə bəxt istəyirəm. Bundan artıq mənə heç nə lazım deyil. “İnter”lə son oyundan sonra paltardəyişmə otağında vəziyyət normal idi. Futbolçular səhvlərini bilir və onları aradan qaldırmağa çalışırlar. Özünüz də gördünüz ki, premyer-liqada “Xəzər Lənkəran” və “İnter”ə qarşı görüşlərdə hər iki rəqibin qol imkanları olmadı. Yalnız “İnter” səhvimizdən yararlanıb qol vurdu. Bu, o deməkdi ki, bizim pis olmağımıza əsas yoxdur. Üstəlik, son qarşılaşmada qol vursaq da, baş hakim bunu hesaba almadı. Amma futbolun elə xüsusiyyəti var ki, əvvəl haqsız yerə itirdiyini sonra bərpa edirsən”.
(Klub saytı)
