3 dekabr 2013 16:00

Bakı kubok oyununa hazırdır

Sabah ölkə kubokunun 1/8 final mərhələsində “Bakı” doğma meydanda “Sumqayıt”la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, bir görüşdən ibarət oyuna hazırlaşan "Bakı", bu gün oyunöncəsi son məşqini keçirib.
 
11:00-da yüngül qaçışla başlayan hazırlıq, dartınma hərəkətləri ilə davam edib. Ardından dörd qrupa bölünən futbolçular müxtəlif isinmə təmrinlərini icra edib. Meydanın digər hissəsində isə Muarem Zeki qapıçılara ayrıca məşq keçib. Daha sonra üç qrupa bölünən oyunçular “kvadrat” oynayaraq, qısa məsafələrə sürətli qaçış tapşırığını da yerinə yetirib. Bir saat 15 dəqiqə davam edən hazırlığın son bölümündə “narıncılar” və “göylər” olmaqla ikitərəfli oyun keçirilib.
 
Yekunda “göylər” (1:0) üstün olub. Onu da qeyd edək ki, zədəsini sağaltmaqla məşğul olan Əfran İsmayılov yardımçı meydançada qaçıb. Mario Rubio isə kollektiv məşqlərə qoşulub. İcazəli olan Elvin Əliyev hazırlıqda iştirak etməyib. Əziz Quliyev və Vadim Abdullayev isə müalicəsini davam etdirir.
(Klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.