3 dekabr 2013 15:55

İlyas Qurbanov: Hafiz Məmmədov uşaqlara dedi ki, bu, son səfər deyil, siz ancaq futbolunuzu oynayın

“Bakı”nın 15 yaşa qədər yeniyetmələrdən ibarət komandasının məşqçisi İlyas Qurbanov, azerisport.az saytına müsahibəsində “Lans”ın düşərgəsinə səfərindən danışıb.
 
- Bu yaxınlarda siz komandanızla Fransada səfərdə oldunuz. Əvvəlcədən səfərin bir həftə nəzərdə tutulmasına rəğmən, iki həftə orada oldunuz. Elədirmi?
- Əvvəlcədən bizim bir həftəlik səfərimiz nəzərdə tutulmuşdu. Ancaq iki həftə qaldıq. Klub prezidenti Hafiz Məmmədov, belə desək, bizim məmnunluğumuzu uzatmaq qərarına gəldi.
 
- Məmmədov yeniyetmə komandalar belə səylə diqqət ayıram az qala yeganə klub sahibidir...
- Bəli və bu, çox xoşdur. İlk növbədə məşqçilərə. Klub rəhbərliyi belə qayğı göstərəndə bizlərə də işləmək üçün əlavə stimul olur. Yeri gəlmişkn, bizi Fransada əlavə bir həftə saxlamağında məqsəd, bizimlə bir daha görüşmək idi. Hafiz Məmmədov uşaqlara dedi ki, bu, son səfər deyil, siz ancaq futbolunuzu oynayın.
 
- Səfəriniz haqda danışardınız...
- Səfər birnəfəsə keçdi. “Lans”ın bazasında məşq edir, oynayırdıq. Onlar bu yaxınlardan Azərbaycanı təmsil edir. Bizi çox gözəl və isti qarşıladılar. Bütün uşaqlar özlərini evdəki kimi hiss edirdilər. Bu tarixi şəhərdə Azərbaycan bayraqlarını görmək xoş idi.
 
- “Lans”ın əsas komandasının oyunlarını görmək nəsib oldu?
- Nəinki oyunu, hətta məşqi. Belə təcrübə oyunçu və məşqçilər üçün faydalıdır. Öz işim üçün çox şey götürdüm. Yeri gəlmişkən, Fransa çempionatının oyunlarından birində mənim uşaqlarıma top daşımağı etibar etdilər.
 
- Sizin komandanız “Lans”lı həmyaşıdlarına qarşı üç oyun keçirdi. Onları necə qiymətləndirərdiniz?
- İlk nəticə uğursuz oldu. Axı biz Fransaya əsas heyətlə yollanmamışdıq. Əsas oyunçuların əksəri burada iki aya qabaq olmuşdu. Bu dəfə olmayanları gətirmişdik. İlk oyunda uşaqlar çox həyəcan keçirdilər və buna görə də məğlub oldular. Təsəvvür edin, onlar ilk dəfə xaricdə çıxış edirdilər. Bu, özünü göstərməli idi. Sonrakı iki oyunda da uduzduq, ancaq oyun daha yaxşı alındı.
 
- Deməli, belə səfərlər daimi olmalıdır?
- Bəli, elədir ki, var. Hafiz Məmmədov artıq bildirib ki, belə səfərlər daimi olacaq. Təkcə U-15 üçün deyil, başqa komandalar üçün də. Məsələn, dekabrın 4-ü U-14 Madridə - “Atletiko”nun düşərgəsinə səfər edəcək. Uşaqlar on gün məşq edəcək, təcrübə yığacaq. Belə səfərlər gələcək işimizə və inkişafımıza təkandır.
 
Aparıcı Avropa klublarının düşərgəsinə belə səfərlər, nəinki “Bakı”ya, eləcə də, yerli futbola faydalıdır. Axı belə yanaşma ilə bu uşaqlar yaxın gələcəkdə əldən-ələ keçəcəklər. Avropa arenasında çıxış etmək üçün yalnız ölkə çempionu olmaq azdır. Uşaq futbolundan hörülmüş bünövrə lazımdır.
 
- Bizim uşaqlar fransalı həmyaşıdlarına çox uduzur?
- “Lans”ın seleksiya işlərinin sadəcə mükəmməl olduğundan başlayaq. Onlar gənc futbolçuları müxtəlif ölkələrdən tapırlar. Öyrənməli olduğumuz şeylər var. Uşaqlarımız fiziki cəhətdən uduzur. Sürətdə də həmçinin. Bəli, biz daha texnikalıyıq. Ancaq əsas göstəricilərdə fransızlara uduzuruq.  Bu istiqamətdə işləməyi davam etdirmək lazımdır. İldə dörd-beş belə səfər və fərq minimuma enəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.