3 dekabr 2013 15:33
Elxan Məmmədov: Biz Foqtsun gəlişini gözləyirik
AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, futbol üzrə Azərbaycan yığmasının baş məşqçisinin kimliyinə aydınlıq gətirəcək İcraiyyə Komitəsinin qərarı ilə bağlı iclasın keçirilmə vaxtı hələ müəyyən edilməyib. Azerisport.az saytına müsahibəsində Məmmədov bunları söyləyib:
“Berti Foqts öz işi barədə bizə hesabat təqdim edib. Biz onun gəlişini gözləyirik. İcraiyyə komitəsinin iclası ilə bağlı vaxtı müəyyən etməmişik. Biz bütün iclas üzvlərinin Bakıda olmağını istəyirik. Çünki, çox vacib qərar verməliyik”.
