3 dekabr 2013 14:53
Bir oyunun başlama vaxtı və keçirilmə yeri dəyişdirildi
Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qaradağ Lökbatan” – “Rəvan” matçının başlama vaxtı və yeri dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, buna səbəb Lökbatan Olimpiya İdman Kompleksinin stadionunun ot örtüyünün yaxşı vəziyyətdə olmamasıdı.
Yeni qərara əsasən “Qaradağ Lökbatan” – “Rəvan” matçı “Bayıl Arena”da keçiriləcək. Matç öncədən nəzərdə tutulduğu kimi, 13:00-da yox, bir saat tez start götürəcək.
Ölkə Kuboku
1/8 final
4 dekabr (çərşənbə)
12:00. “Qaradağ Lökbatan” – “Rəvan”
Bakı. “Bayıl Arena”.
