3 dekabr 2013 14:00
XL: Leyte qışda komandanı tərk edə bilər
Braziliya KİV-i bildirib ki, “Xəzər Lənkəran”ın qapıçısı Duqlas Leyte dünən, Braziliyanın A2 seriyasında çıxış edən “Quarani”də, klubun digər iki futbolçusu ilə birgə ictimaiyyətə təqdim edilib. Aerisport.az xəbər verir ki, buna rəğmən Leyte, “Xəzər Lənkəran”ın bu gün keçirilmiş məşqində iştirak edib.
“Leyte komandanı bu qış tərk edə bilər”, deyə müxbirimizə lənkəranlıların düşərgəsindən xəbər verilib.
Ancaq hazırda onun “Quarani”də icarə əsasında çıxış edəcəyi və ya qapıçı ilə müqaviləyə xitam veriləcəyi məlum deyil.
