3 dekabr 2013 13:22

PFL: İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:
 
Topaz Premyer Liqasının XV turunun “Rəvan” - “Qəbələ” matçının 85-ci dəqiqəsində “Rəvan” klubunun 27 №-li futbolçusu Rəşad Abdullayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.
 
Topaz Premyer Liqasının XV turunun “Simurq” - “Qarabağ” matçında “Qarabağ” klubunun 4  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
 
Topaz Premyer Liqasının XV turunun “Sumqayıt” - “Neftçi” matçında “Sumqayıt” klubunun 5  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
 
Oyunun 90-cı dəqiqəsində “Sumqayıt” klubunun 4 №-li futbolçusu Samir Abbasov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunub.
 
Topaz Premyer Liqasının XV turunun “Xəzər Lənkəran” - AZAL matçında AZAL klubunun 5  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
 
Oyunun 56-cı dəqiqəsində AZAL klubunun 20 №-li futbolçusu Branislav Arseniyeviç idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.
 
Oyunun 86-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun 55 №-li futbolçusu Ağabala Ramazanov rəqibə qarşı təhqiredici hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunub.
 
Əvəzedici heyətlərin XV turunun “Rəvan” -  “Qəbələ” matçında “Qəbələ” klubunun 5  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
 
Oyunun 81-ci dəqiqəsində “Qəbələ” klubunun 98 №-li futbolçusu Fərid Ağayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub
.
Oyunun 89-cu dəqiqəsində “Rəvan” klubunun 12 №-li futbolçusu Fuad Əhmədov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunub.
 
Matçın 90+7-ci dəqiqəsində “Qəbələ” klubunun 44 №-li futbolçusu Ramazan Həsənov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunub.
 
Əvəzedici heyətlərin XV turunun “Simurq” - “Qarabağ” matçının 72-ci dəqiqəsində “Qarabağ” klubunun 3 №-li futbolçusu Bilal Abbaszadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub.
 
Əvəzedici heyətlərin XV turunun “Bakı” - “İnter” matçının 20-ci dəqiqəsində “İnter” klubunun 20 №-li futbolçusu Elhad Nəziri əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub.
 
Azərbaycan I Divizionunun XII turunun “Neftçala” - “Turan-T” matçının 87-ci dəqiqəsində “Turan-T” klubunun 8 №-li futbolçusu Seymur Tağıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunub.
 
Azərbaycan I Divizionun XII turunun “Ağsu” - “Şəmkir” matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
 
Oyunun 67-ci dəqiqəsində “Şəmkir” klubunun 5 №-li futbolçusu Ramil İbrahimov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunub.
 
Azərbaycan I Divizionunun XII  turunun “Bakılı” - “Kəpəz” matçının 25-ci dəqiqəsində “Kəpəz” klubunun 25 №-li futbolçusu Xəyal Zeynalov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunub.
 
Azərbaycan I Divizionunun XII  turunun MOİK - “Karvan” matçının 86-cı dəqiqəsində MOİK klubunun 15 №-li futbolçusu Ramil Əliyevin idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılmışdır. Lakin matçın videoyazısını izlədikdə futbolçunun heç bir qayda pozuntusuna yol vermədiyini, hakimin epizodu düzgün qiymətləndirmədiyi aşkar edilmişdir. Bu səbəbdən də, İntizam Komitəsi MOİK klubunun 15 №-li futbolçusu Ramil Əliyevə göstərilmiş sarı vərəqəni ləğv edir.
 
Matçın 86-cı dəqiqəsində MOİK klubunun baş məşqçisi Namiq Adilovun texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub.
 
(PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.