2 dekabr 2013 12:44
Tahir Süleymanov: Sumqayıtın oyunçusunu voleybol komandasına göndərmək lazımdır
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov futbol üzrə Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində keçirilmiş “Sumqayıt” - “Neftçi” oyunundan (1:2), “Sumqayıt klubunun rəhbərliyinin hakimliklə bağlı narazılığına şərh verib.
“Son vaxtlar “Neftçi”nin oyunları ətrafında hakimlərlə bağlı çox söz-söhbət var. Bu mövzuda ədalətli olmaq lazımdır. “Sumqayıt” prezidenti oyundan sonra öz bəyanatlarında çox emosional idi. Qabaqcadan danışılmış oyun haqda danışmaq yaraşmaz. Rəqib oyunçunun necə qol vurduğunu da unutmaq olmaz. O, bunu, vaxtı ilə Maradona etdiyi kimi gözəl etdi. O, voleybolçu kimi oynadı. “Sumqayıt”ın oyunçusunu voleybol komandasına göndərmək lazımdır. Əlimizdə bu anın aydın kadrları var”.
