2 dekabr 2013 00:29
Etto: Bakı İnteri məğlub etməli idi
"Bakı"nın müdafiəçisi Etto Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində keçirilmiş "İnter"lə oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Biz bu görüşü pis keçirmədik. Topa daha çox nəzarət edirdik. Hesab edirəm ki, biz məğlubiyyətə yox, daha artığına layiq idik. "Bakı" bu görüşdə "İnter"ə qalib gəlməliydi. Amma uğur bizim tərəfimizdə deyildi. Artıq "Sumqayıt"la oyuna hazırlaşmaq lazımdı. Qələbə qazanmalıyıq".