2 dekabr 2013 12:00
Neftçi 13 turdan sonra zirvəyə yüksəldi
Ötən həftə keçirilən 15-ci turun oyunlarından sonra Topaz Premyer Liqasının lideri dəyişib. Azerisport.az xəbər verir ki, ardıcıl 6 tur zirvədə qalan “Qarabağ” bu mövqeni qarşıdakı - 16-cı turda üz-üzə gələcəyi “Neftçi”yə təhvil verib. 15-ci turdan sonra çempionatın vahid lideri olan bakılılar isə mövsümdə 2-ci dəfə ilk pilləyə yüksəlib.
Son 3 mövsümdə çempion olan “ağ-qaralar” yalnız ilk turdan sonra - top fərqinə görə digərlərini qabaqlayaraq liderliyə yüksəlmişdi. Bundan sonrakı 13 turda “Neftçi” bir neçə dəfə liderə şərik olsa da, əlavə göstəricilər onların 1-ci olmasına imkan verməmişdi. Bu 13 turdan 10-da “Qarabağ”, 2-də “Qəbələ”, 1-də isə AZAL 1-ci pillədə qərarlaşmışdı.
(PFL)
