2 dekabr 2013 11:33
Sxadadzeyə danışmaq qadağan edildi
“İnter”in hücumçusu Baçan Sxadadze həkim nəzarətindən buraxılıb. Klubun mətbuat xidmətindən azerisport.az saytına verilmiş məlumata görə, futbolçunun alt çənəsi sınıb və beyin silkələnməsi aşkar olunub.
Həkimlər Sxadadzeyə danışmağı yasaq ediblər. Futbolçuya həm də az hərəkət etmək tapşırılıb.
Hücumçunun növbəti ilin yanvarında meydana dönəcəyi ehtimal edilir.
