2 dekabr 2013 11:11
Pantiç: Hücumameylli yaxşı oyunçuları Azərbaycana tovlamaq çətindir
“Bakı”nın baş məşqçisi Milinko Pantiç azerisport.az saytına müsahibəsində futbol üzrə Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində oyunda “İnter”ə 0:1 hesablı məğlubiyyətə şərh verməklə yanaşı, komandanın problemlərindən danışıb.
- “İnter”ə məğlubiyyət haqda nə deyə bilərsiniz?
- Bütün oyun boyu biz ərazi üstünlüyünə sahib idik. Ancaq öz vəziyyətini qiymətləndirmiş rəqib qalib gəldi. Rəqib bizim səhvimizdən sonra bizə qol vurmaq üçün qonaq gəlmişdi. Biz isə öz qol vəziyyətlərimizi qiymətləndirmədik, penaltini vurmadıq. Daha bir zərbəmizdən sonra top dirəyə tuş gəldi. Ümumilikdə mən öz komandamın oyunundan razı qaldım.
- Buraxılmış qolda kim günahkardır?
- Ruben Qonsales. Oyundan sonra o, öz səhvini etiraf etdi. Belə təcrübəli oyunçuların səhvləri komandaya baha başa gəlri. Qapıçı bu vəziyyətdə heç nədə günahkar deyil.
- “İnter”in oyunçusu tərəfindən qayda pozuntusunu alan hakimlə razısınız?
- Əlbəttə. Rəqib cərimə meydanında əllə oynadı.
- Rauf Əliyevin penaltini yerinə yetirməmişdən qabaq Giorgi Lomayaya psixoloji mübarizəni uduzması haqda təəssüratınız necədir? Qapıçı əli ilə hücumçuya zərbəni hara vuracağını göstərirdi.
- Siz Raufun həlledici zərbə anında özünü itirdiyinə əminsiniz? O, bizim ştat üzrə penalti ifaçımızdır. O, yığma oyunçusudur, əminliyi kifayət qədərdir. Mən bu futbolçu haqda yüksək fikirdəyəm.
- “Bakı” nə vaxta qədər belə qeyri-sabit oynayacaq?
- Axı qələbədən sonra həmişə növbəti oyunu uduzmuruq. Qarşıda hələ çox tur var. Son məğlubiyyət bizdə çox əksini tapmadı. “Neftçi” ilə oyunda da belə idi. Biz qələbəyə layiq idik, rəqib qələbə qazandı. Hər layihəyə vaxt lazımdır. Biz bunun üzərində işləyirik.
- Yəqin ilk növbədə qol vəziyyətləri üzərində işləmək lazımdır. Axı sözügedən oyunlarda qələbə qazanmaq üçün qol vəziyyətlərinin kifayət qədər olduğuna rəğmən, qol vurma bilmədiniz.
- Razıyam. Bu, bizim çatışmazlığımızdır. Mən komandanı iyunda qəbul etmişəm. Hücum xəttinin oyunçuları mənim seçimimlə dəvət oyunmayıb. Komandaya hücumçu lazımdır. Yanvarda bunun üzərində işləyəcəyik.
- Bəlkə “Bakı”nın oyun qurucusu çatmır?
- Mən komandaya nə lazım olduğunu bilirəm və biz artıq bunun üzərində işləyirik. Müasir futbolda demək olar ki, pleymeykerlər qalmayıb. Demək olar ki, mən bu planda son oyunçulardan olmuşam. Yaxşı hücumameylli futbolçular var. Ancaq onları Azərbaycana tovlayıb gətirmək çətindir. Buna baxmayaraq, çatışmazlıqları aradan qaldırmaq lazımdır.
