2 dekabr 2013 22:29
Eddi İsrafilov Mursiyanı məğlubiyyətdən xilas edə bilmədi
Futbol üzrə İspaniya çempionatının ikinci divizionunda növbəti turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun komandası - "Real Mursiya" 16-cı tur çərçivəsində evdə “Herkules”lə qarşılaşıb.
Oyun qonaqların qələbəsi (2:1) ilə başa çatıb. Eddi bu oyuna start heyətdə çıxıb. Lakin o, 37-ci dəqiqədə əvəzlənməli olub.
Qeyd edək ki, “Mursiya” 16 turdan sonra 22 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
