2 dekabr 2013 19:07

AFFA Azercell ilə yeni müqavilə imzalamayacaq

AFFA "Azercell" şirkəti ilə işbirliyinə son qoyub. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın yaydığı press-relizdə məlumat verilib:

"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2009-cu ildən etibarən ölkəmizdə fəaliyyət göstərən ən nüfuzlu təşkilatlardan biri olan "Azercell" şirkəti ilə çox səmərəli əməkdaşlıq edib. Bu əməkdaşlıq çərçivəsində çoxsaylı uğurlu layihələr hazırlanıb, müxtəlif tədbirlər müvəffəqiyyətlə həyata keçirilib. Ötən müddət ərzində "Azercell" Azərbaycanda futbolun inkişafına öz töhfəsini verib, qarşlıqlı olaraq AFFA-nın təşkil etdiyi yerli və beynəlxaq tədbirlərdə, Azərbaycan milli komandasının ölkə ərazisində və xaricdə keçirdiyi beynəlxalq oyunlarda Azercell şirkəti uğurla reklam olunub. 2009-cu ildən başlayaraq AFFA-nın U-17 Liqası "Azercell U-17 Liqa" adı ilə keçirilib.
 
AFFA-nın sponsor siyasətində dəyişiklik edildiyi, "Azercell"ə müqavilənin vaxtı başa çatdığı və digər GSM şirkətlərindən daha sərfəli təkliflər irəli sürüldüyü üçün AFFA və "Azercell" şirkətinin əməkdaşlıqla bağlı müqavilə uzadılmayacaq.
 
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası "Azercell" şirkətinə minnətdarlığını bildirir, daha böyük uğurlar qazanmağını arzulayır.
 
AFFA-nın yaxın vaxtlarda yeni bir partnyorla müqavilə imzalaması nəzərdə tutulub". 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.