2 dekabr 2013 17:38
Rəvan kubok matçına hazırlaşır
Həftəiçi Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, "Rəvan” 1-ci Divizion təmsilçisi "Qaradağ Lökbatan”la qarşı-qarşıya gələcək.
Komanda bu oyunun hazırlıqlarını "Bayıl Arena”da davam etdirir.
Baş məşqçi Şahin Diniyev yetirmələrinə taktiki-texniki hazırlıq keçir. Məşqlərdə Elvin Həsənəliyev və Tofiq Mikayılovdan başqa hamı iştirak edir. "Qəbələ” ilə Topaz Premyer Liqasının son oyununda zədələnərək əvəzlənən Novruz Məmmədovun durumu da qənaətbəxşdi. Vitse-kapitan oyun saatına qədər tam sıraya dönməlidi. (klub saytı)
