2 dekabr 2013 15:55
Qarabağ kubok oyununa hazırlaşır
"Qarabağ" Şənbə günü Premyer Liqa çərçivəsində "Simurq"la qarşılaşdıqdan sonra, dərhal Bakıya qayıdıb. Azerisport.az klub saytına istinadən xəbər verir ki, komanda istirahətsiz hazırlıqlara start verərək məşqlərə başlayıb.
Ölkə kubokunda AZAL-ı qəbul edəcək "Qarabağ" günü tək çalışmayla keçirib. Komanda Suraxanı qəsəbə stadionundakı məşqlə kifayətlənib.
Xatırladaq ki, ölkə kubokunun 1/8 final mərhələsi tək oyun üzərindən keçiriləcək. Dekabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun, 16:30-da başlayacaq.
