2 dekabr 2013 15:50
Beynəlxalq Əlillər gününə həsr olunmuş turnir keçiriləcək
Dekabrın 3-də AFFA-nın dəstəyi və Bakcell şirkətinin sponsorluğu ilə eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında Beynəlxalq Əlillər Gününə həsr olunmuş futzal turniri start götürəcək. Azərbaycan Texniki Universitetinin idman kompleksində keçiriləcək turnirin açılış mərasimi dekabrın 3-də, saat 9:30-da olacaq. Birinci turda aşağıdakı oyunlar keçiriləcək:
Saat 10:00. Zirvə - Şimşək
Saat 11:00. Ümid - Birlik
(AFFA)
