2 dekabr 2013 15:15
Dördlər finalı: Almatı Bakıya rəqib oldu
Qazaxıstanın “Kayrat” klubu futzal üzrə UEFA Kubokunun Dördlər finalını keçirmək üçün UEFA-ya ərizə ünvanlayıb. Azerisport.az xəbər verir ki, yarışı keçirməyə real namizəd qismində Bakının adı hallanır.
Belə ki, Azərbaycan çempionu “Araz” ikinci dəfə final yarışına qatılmasına rəğmən, həlledici oyunları evdə keçirməyib. Dördlər finalının digər iştirakçıları isə müvafiq yarışa ev sahibliyi ediblər. Barselona 2012-ci, Almatı 2011-ci, Moskva 2008-ci ildə Dördlər finalına ev sahibliyi edib.
Son qərarı UEFA-nın İcraiyyə komitəsi dekabrın 12-də qəbul edəcək.
Xatırladaq ki, “Araz”, “Barselona”, Kayrat” və “Dinamo”nun iştirak edəcəyi Dördlər finalı 2014-cü ilin aprelində baş tutacaq.
