2 dekabr 2013 14:14
Georgi Çixradze Ukraynaya yolda düşüb
Georgi Çixradze Ukraynaya yolda düşüb
“Simurq”un baş məşqçisi, gürcü mütəxəssis sabahdan etibarən Ukrayna Futbol Federasiyasının təşkil etdiyi "Pro" məşqçi kurslarında iştirak edəcək. Azerisport.az xəbər verir ki, 2009-cu ildə bu kateqoriyanı alan Çixradze, lisenziyasının vaxtını artırmaq üçün seminarlara qatılacaq və dekabrın 5-də ölkəyə qayıdacaq.
Ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində dekabrın 4-də "Araz"la oyuna isə "Simurq"u köməkçi məşqçi İqor getman çıxardacaq.
(Klub saytı)
