2 dekabr 2013 14:00
Futzalçılarımız dünya reytinqində 13-cü pillədə yer aldı
Dünyanın futzal yığmalarının növbəti reytinq cədvəli açıqlanıb. Azerisport.az xəbər verir ki, Azəbqycan yığması 1362 xalla 13-cü pillədə qərarlaşıb.
Yığmamız bu göstərici ilə ötən reytinq hesabatından fərqli, bir pillə irəliləyib.
Yığmamızın AÇ-dəki rəqibləri İtaliya və Belçika müvafiq olaraq 3 və 28-ci pillələrdə yer alıblar.
Reytinqin lideri İspaniyadır - 1973 xal. İkinci pillədə Braziliya yer alıb.
