2 dekabr 2013 13:40
Nurlan Novruzov “Neftçi”yə vurduğu qol haqda danışmaq istəmədi
“Sumqayıt”ın hücumçusu Nurlan Novruzov futbol üzrə Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində keçirilmiş “Sumqayıt” - “Neftçi” oyununda (1:2) bakılıların qapısına əllə vurduğu qol barədə danışmaq istəməyib. Azerisport.az xəbər verir ki, futbolçu azerisport.az müxbirinin zənginə cavab verməyib.
Guya futbolçu evdə yoxdur və özü ilə telefon götürməyib.
