1 dekabr 2013 00:27

Meydan sahibləri üçün qara tur

Topaz Premyer Liqasında 15-ci tura yekun vuruldu. Azerisport.az xəbər verir ki, Azərbaycan kubokunun 1/8 final mərhələsi ərəfəsində baş tutan turun matçları 2 gün ərzində keçirildi.
 
Turun açılış matçında "Rəvan"la "Qəbələ" üz-üzə gəldi. 6-cı dəfə qarşılaşan bu klubların əvvəlki 5 matçında “Qəbələ”nin üstünlüyü vardı. Bölgə təmsilçisi 3, paytaxt klubu isə 2 qələbəyə sevinmişdi. Bir sözlə, bu klublar sülh tanımırdılar. Elə bu görüşdə də heç-heçə qeydə alınmadı. "Qəbələ" paytaxt təmsilçisinin ciddi müqavimətinə baxmayaraq, minimal hesabla qələbə qazana bildi. Beləcə, Yuri Syominin komandası liderlər qrupundakı mövqeyini bir qədər də yaxşılaşdırdı.
 
Turun qalan dörd görüşü şənbə gününə təsadüf etdi. Öncə meydana iki paytaxt klubu - “Bakı” və “İnter” çıxdı. 36-cı paytaxt derbisi öncəsi “İnter” qələbə, “Bakı” top fərqində üstünlüyə malik idi. "Bankirlər" bu rəqibinə 14 dəfə qalib gəldiyi halda, 13 dəfə uduzmuşdu. Daha 8 görüşdə isə heç-heçə qeydə alınmışdı. Topların fərqində isə "Bakı" minimal fərqlə üstünlüyə malik idi - 30:29. Son 7 oyunda uduzmayan “İnter” ardıcıl 3 matç idi ki, rəqibinin qapısına 2 qol vururdu. Amma "bankirlər" “Bakı”nı bu dəfə 1 qolla məğlub etdilər. Baxmayaraq ki, son dəqiqələrdə Rauf Əliyev penaltidən yararlana bilsəydi, qarşılaşma fərqli nəticəylə də bitə bilərdi. Lakin Vaqif Cavadovun keçmiş komandasına vurduğu qol "İnter"in "zolaqlılar"ı turnir cədvəlində qabaqlamasına şərait yaratdı.
 
"Bakı"ya darmadağından sonra baş məşqçisi Con Toşakla yollarını ayıran "Xəzər Lənkəran” bu tur doğma meydanda AZAL-la üz-üzə gəldi. Ötən tur məğlub olan rəqiblər 22-ci dəfə üz-üzə gəldilər. “Xəzər Lənkəran” bu matçlarda böyük üstünlüyə malik idi - 13 qələbə. Lakin cənublular son 2 ev oyununda qalib gələ bilməmişdi. Paytaxt təmsilçisi isə son 4 qarşılaşmada meydanı qolsuz tərk etmirdi. Əvvəlki qarşılaşmaların 4-də heç-heçəyə razılaşan AZAL 4 dəfə qələbə qazandığı bu rəqibi ilə ilk dövrədəki oyunda 1:3 hesablı yenilgiyə üzülmüşdü. Vaqif Sadıqovun yetirmələri rəqib düşərgədə psixoloji durumun yaxşı olmamasından yararlanıb həmin məğlubiyyətin qisasını ala bilərdi. Baxmayaraq ki, uzun müddətdi qələbə qazana bilməyən "təyyarəçilər"in çətin səfərdə buna nail olmaq şansları o qədər də yüksək qiymətləndirilmirdi. Belə də oldu. Hesabı qonaqlar açsa da, cənub təmsilçisi erkən qolun əvəzini çıxmağı bacardı. Qalan dəqiqələrdə qapılara qol vurulmayınca, qarşılaşma sülhlə bitdi. Cənubluların qələbə qazana bilməməsinə Junior Nildonun matçın əvvəllərində penaltini qaçırması da az rol oynamadı.
 
Turun daha bir maraqlı görüşü Zaqatalada baş tutdu. Burada “Simurq” lider “Qarabağ”ı sınağa çəkdi. Uzun müddət idi doğma stadiondan ayrı düşən "Simurq" arenadakı yenidənqurma işlərindən sonra doğma meydanında debüt matçına çıxmışdı. “Qarabağ” son 3 matçda qol vura bilmədiyi rəqiblə 18-ci dəfə üz-üzə gəlirdi. Eyni sayda qələbəsi (5) olan rəqiblərin duellərində “Simurq” yalnız top fərqində öndəydi - 14:12. Daha 7 qarşılaşmada isə tərəflər 1 xala razılaşmışdılar. Elə bu dəfə də komandalar meydandan sülhlə ayrıldılar. Halbuki, Ağdam klubu zirvədəki mövqeyini qorumaq üçün çətin səfərdən mütləq qələbə ilə qayıtmalıydı. Lakin Qurban Qurbanovun komandası bunu bacarmadı.
 
Liderin əsas izləyicisi "Neftçi" isə bu tur autsayder “Sumqayıt”ın qonağı oldu. Paytaxt klubu 6-cı dəfə qarşılaşdığı “Sumqayıt”la oyunlarda üstünlüyə malik idi. Bu komanda 3 qələbə qazandığı halda, 1 görüşdə sülhə razılaşmış, daha bir matçda da məğlubiyyətlə üzləşmişdi. Lider "Qarabağ"ın daha da uzaqlaşmaması üçün "Neftçi" sonuncu pillədə qərarlaşan rəqibini məğlub etməyə borclu idi. Ağdam klubu xal itirəcəyi halda Nazim Süleymanovun komandası zirvəni də ələ keçirə bilərdi. Son çempion "Qarabağ"ın Zaqatalada xal itirməsindən maksimum yararlandı. Düzdü, Sumqayıtdakı görüşdə hakimlik ciddi müzakirə mövzusuna çevrilsə də, hər halda bu, "Neftçi"nin bu tur liderliyi ələ keçirməsinə mane olmadı.
 
Topaz Premyer Liqası
15-ci tur
 
RƏVAN - QƏBƏLƏ - 0:1
Qol: Yannik Kamanan, 26.
Sarı vərəqələr: İvan Pexa, 14 (qeyri-idman hərəkəti); Rəşad Abdullayev, 69 (qeyri-idman hərəkəti); 85 (qeyri-idman hərəkəti) - Yannik Kamanan, 70 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Rəşad Abdullayev, 85.
Hakimlər: Vüsal Əliyev, Mübariz Haşımov, Nahid Əliyev, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
29 noyabr 2013. Bakı. "Bayıl Arena". 250 tamaşaçı.
 
Rəvan: 1. Lukaş Sapela, 5. Aqil Nəbiyev, 6. Ceyhun Cavadov (11. Kamil Nurəhmədov, 78), 14. Xuan Manuel Varea, 17. Ramazan Abbasov (k) (9. Elnur Abdulov, 77), 19. Hüseyn Axundov, 20. Miloş Adamoviç, 21. Novruz Məmmədov (33. Sohib Savankulov, 57), 27. Rəşad Abdullayev, 38. İvan Pexa, 40. Mişel Balokoq.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 8. Frederik Holster, 23. Kristian Torres, 89. Vüsal Qarayev.
Baş məşqçi: Şahin Diniyev.
Qəbələ: 27. David Petrkeviç, 6. Vladimir Levin (k), 8. Nizami Hacıyev, 10. Dodo, 11. Yannik Kamanan (19. Abdulvahid Afolabi, 73), 14. Lorenzo Ebesilio, 18. İbrahima Niasse, 22. Assis Rodriqes (3. Nikola Valentiç, 81), 31. Daniel Subotiç (9. Viktor Mendi, 87), 36. Elnur Allahverdiyev, 88. Müşfiq Teymurov.
Ehtiyat oyunçular: 25. Dieqo Kosta, 4. Amit Quluzadə, 5. Sadiq Quliyev, 84. Deyan Kelhar.
Baş məşqçi: Yuri Syomin.
 
XƏZƏR LƏNKƏRAN - AZAL - 1:1
Qollar: Elnur Abdullayev, 36 - Samuel Barlay, 24.
Matçın 11-ci dəqiqəsində Junior Nildo penaltidən yararlana bilməyib
Sarı vərəqələr: Elnur Abdullayev, 40 (bilərəkdən əllə oyun); Alvaro Silva, 65 (rəqibi tutduğuna görə); Rahid Əmirquliyev, 83 (hakimin qərarına etiraz) - Branislav Arsenyeviç, 10 (rəqibi tutduğuna görə); 56 (qeyri-idman hərəkəti); Samuel Barlay, 24 (qol vurduqdan sonra formasını çıxardığına görə); Junior Aylton, 61 (perspektivli hücumun qarşısını aldığına görə); Ruslan Məcidov, 70 (oyunun bərpasını gecikdirdiyinə görə); Xuan Fransisko, 84 (rəqibi tutduğuna görə).
Qırmızı vərəqələr: Ağabala Ramazanov, 86 (aqressiv hərəkət) - Branislav Arsenyeviç, 56.
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Elşən Acalov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Asim Xudiyev.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
30 noyabr 2013. “Xəzər Lənkəran” mərkəzi stadionu. 4500 tamaşaçı.
 
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 4. Alvaro Silva, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 11. Zohair Benuahi (55. Ağabala Ramazanov, 77), 12. Junior Nildo, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit (8. Edu Oriol, 70), 18. Tural Cəlilov, 21. Radomir Todorov, 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 33. Duqlas Leyte, 3. Vanderson Skarduelli, 6. Rasim Ramaldanov, 9. Uğur Pamuk, 23. Nikola Qliqorov.
Məşqçi: Covanni Melkiorre.
AZAL: 1. Ruslan Məcidov, 2. Xuan Fransisko, 3. Aleksandr Şemonayev, 4. Xose Junior Aylton, 10. Con Oluremi, 15. Oskar Klava, 18. Samuel Barlay (28. Emin Cəfərquliyev, 90+3), 20. Branislav Arsenyeviç (k), 21. Rey Məmmədbəyli (22. Ruslan Tağızadə, 58) 23. Tural Nərimanov, 32. Vladimir Boqdanoviç (31. Şəhriyar Rəhimov, 28).
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 7. Cavid Tağıyev, 8. Qərib İbrahimov, 30. Yuri Fomenko.
Baş məşqçi: Vaqif Sadıqov.
 
SİMURQ - QARABAĞ - 0:0
Sarı vərəqələr: Patrik Osiako, 39 (qeyri-idman hərəkəti); Draqan Çeran, 75 (qeyri-idman hərəkəti) - Ansi Aqolli, 41 (simulyasiya); Reynaldo Silva, 55 (qeyri-idman hərəkəti); Riçard Almeyda, 80 (sistematik qayda pozuntusu); Rəşad Sadıqov, 90+1 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Vaqif Musayev, Zeynal Zeynalov, İnqilab Məmmədov.
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
30 noyabr 2013. Zaqatala şəhər stadionu. 2000 tamaşaçı.
 
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 5. Anderson Oliveyra, 8. Patrik Osiako (30. Raul Kostin, 81), 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman, 28. Nenad Kiso, 77. Nicat Qurbanov (7. Ruslan Poladov, 89).
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 4. Dilaver Zrnanoviç, 6. Taqim Novruzov, 16. Məhərrəm Hüseynov, 22. Salif Ballo.
Baş məşqçi: Georgi Çixradze.
Qarabağ: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov (2. Qara Qarayev, 65), 9. Reynaldo Silva, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov (41. Corc Leroy, 78), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 70. Çumbinyo, 99. Nikolas Gelaşvili (11. Ulrix Kapolonqo, 71).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 18. İlqar Qurbanov.
Baş məşqçi: Qurban Qurbanov.
 
SUMQAYIT - NEFTÇİ - 1:2
Qollar: Nurlan Novruzov, 34 - Karlos Kardozo, 22, Erik Ramos, 85.
Sarı vərəqələr: Adil İbrahimov, 10 (qeyri-idman hərəkəti); Anar Nəzirov, 55 (oyunun bərpasını gecikdirdiyi üçün); Pərdis Fərcad-Azad, 59 (qeyri-idman hərəkəti); Samir Abasov, 84 (qeyri-idman hərəkəti); Məhəmməd Mirzəbəyov, 90+2 (qeyri-idman hərəkəti) - Araz Abdullayev, 88 (qeyri-idman hərəkəti); Rəşad Sadiqov, 90+2 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Samir Abasov, 90 (hakimi təhqir etdiyinə görə).
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Coşqun Həsənov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Rövşən Əhmədov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
30 noyabr 2013. Saat 17:00. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 1000 tamaşaçı.
 
Sumqayıt: 1. Anar Nəzirov, 3. Vurğun Hüseynov, 4. Samir Abasov (k), 7. Pərdis Fərcad-Azad, 9. Orxan Əliyev, 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov, 21. Məhəmməd Mirzəbəyov, 27. Nurlan Novruzov, 77. Mirzağa Hüseynpur.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 11. Ruslan Nəsirli, 25. Fərid Kərimzadə, 92. Bəxtiyar Həsənalızadə.
Baş məşqçi: Aqil Məmmədov.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 4. Tərlaq Quliyev, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev, 10. Cavid İmamverdiyev (19. Mirhüseyn Seyidov, 82), 14. Bahodır Nasimov (90. Ernest Nfor, 61), 15. Erik Ramos, 16. Bruno Bertuççi (27. Məqsəd İsayev, 90+2), 28. Emin Mehdiyev.
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 13. Vasif Əliyev, 32. Elvin Yunuszadə, 33. Orxan Bəşirov.
Baş məşqçi: Nazim Süleymanov.
 
BAKI - İNTER - 0:1
Qol: Vaqif Cavadov, 59
Matçın 89-cu dəqiqəsində Rauf Əliyev penaltidən yararlana bilməyib (qapıçı).
Sarı vərəqələr: Risto Ristoviç, 16 (qeyri-idman hərəkəti); Etto, 90+3 (hakimin qərarına etiraz) - Baçana Sxadadze, 73 (hakimin qərarına etiraz); Georgi Lomaya, 80 (bilərəkdən vaxtı uzatdığına görə); Vaqif Cavadov, 81 (hakimin qərarına etiraz).
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elman Musayev, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
30 noyabr 2013. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 300 tamaşaçı.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
 
Bakı: 25. Elxan Əhmədov, 3. Yure Travner, 4. Pedro Mario Alvares, 5. Ruben Qonzales, 11. Rauf Əliyev (k), 12. Etto, 17. Risto Ristoviç (10. Aleksandar Şoliç, 77), 20. Mindauqas Kalonas, 21. Elvin Məmmədov (8. Cavid Hüseynov, 64), 23. Lukas Mario Horvat (15. Alberto Noquera, 73), 31. Vüqar Mustafayev.
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 2. Deyvidas Çesnauski, 22. Namiq Ələsgərov, 34. Şəhriyar Əliyev.
Baş məşqçi: Milinko Pantiç.
İnter: 1. Georgi Lomaya, 4. İvan Benites, 5. Slavço Georgiyevski, 7. Ruslan Əmircanov, 9. Aleksandr İaşvili (33. Matija Spiçiç, 87), 19. Sezar Meza Kolli (28. Baçana Sxadadze, 62), 20. Brüs Abdulay, 21. Arif Daşdəmirov, 47. Abdulla Abatsiyev (24. Fuad Bayramov, 79), 70. Vaqif Cavadov (k), 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 25. Səlahət Ağayev, 6. Samir Zərgərov, 11. Asif Məmmədov, 40. Joao Paulo.
Baş məşqçi: Kaxaber Sxadadze.
 
1 Neftçi 15 9 4 2 23 13 +10 31
 2 Qarabağ 15 8 6 1 25 8 +17 30
3 Qəbələ 15 9 2 4 22 13 +9 29
4 İnter 15 7 2 6 25 19 +6 23
5 Bakı 15 6 3 6 25 17 +8 21
 6 Simurq 15 4 7 4 12 12 0 19
7 AZAL 15 4 6 5 13 18 –5 18
8 XL 15 3 6 6 11 21 –10 15
9 Rəvan 15 1 6 8 8 26 –18 9
10 Sumqayıt 15 1 4 10 7 24 –17 7

Bombardirlər:
8 - Vaqif Cavadov (İnter)
6 - Əfran İsmayılov (Bakı)
6 - Mindauqas Kalonas (Bakı)
5 - Reynaldo (Qarabağ)
5 - Baçana Sxadadze (İnter)
5 - Bahodir Nasimov (Neftçi)
5 - Nikolas Gelaşvili (Qarabağ)
5 - Leonardo da Silva (Qəbələ)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.