1 dekabr 2013 15:25
Rüfət Dadaşov qol vurdu, komandası darmadağınla qalib gəldi
Futbol üzrə Almaniyanın Cənub Regional Liqasında 16-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Kayserslautern"in ikinci komandası doğma divarlar arasında "Hessen Kassel"lə qarşılaşıb.
Futbolçumuzun komandası 6:0 hesablı qələbəyə sevinib. Dadaşov bu görüşün 81-ci dəqiqəsində meydana çıxıb. Elə oyundakı son nöqtəni də 90-cı dəqiqədə fərqlənən millimizin üzvü qoyub.
Qeyd edək ki, “Kayserslautern" hazırda 29 xalla 7-ci pillədə qərarlaşıb.
